Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 08:37

XİN-in etirazından sonra TASS başlığı 2 dəfə dəyişdi, amma xəbərdə yenə 'Stepanakert' qeyd olundu


"Bu, fürsətdir" - Azərbaycan-Ermənistan-Rusiya üçbucağında əslində nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:08:24 0:00

"Bu, fürsətdir" - Azərbaycan-Ermənistan-Rusiya üçbucağında əslində nə baş verir?

Rusiyanın “TASS" informasiya agentliyi Azərbaycan XİN-in etirazından sonra Xankəndidə rusiyalı rəssamın büstünün sökülməsi ilə bağlı xəbərdə iki dəfə dəyişiklik edib. Başlıqdakı "Stepanakert" sözünü "Dağlıq Qarabağ" ilə əvəzləyən agentlik daha sonra "Dağlıq Qarabağ" yerinə "Qarabağ" yazıb. Amma xəbərin içində Qarabağın mərkəzi şəhərinin adı Xankəndi yazılsa da, büstün 2021-ci ildə Stepanakertdə qoyulduğu göstərilib.

İyulun 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, TASS-ın Xankəndi şəhərini “Stepanakert” adlandırması ilə bağlı üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirlər.

O bildirib ki, əks halda, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.

TASS informasiya agentliyi sonradan həmin xəbərə düzəliş edərək "Stepanakert" sözünü "Dağlıq Qarabağ" ilə əvəzləyib. Halbuki, rəsmi Bakı hazırda "Dağlıq Qarabağ" ifadəsini də qəbul etmir. Onlar hesab edirlər ki, hazırda belə bir inzibati bölgü yoxdur.

TASS həmin xəbərdə Xankəndidə erməni əsilli rəssam İvan Ayvazovskinin büstünün sökulməsinə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun münasibətini yayıb. M.Şvıdkoy bu hərəkəti Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım adlandırıb, Azərbaycanı ehtiyatlılıq göstərməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırıb.

Bakı Ukraynaya qaz satacaq: 'Azərbaycanın Rusiyaya əzələ nümayişidir'
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

A.Hacızadə isə deyib ki, Rusiya sülhməramlılarının İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünü Azərbaycanın icazəsi olmadan onun ərazisində quraşdırması qanunsuz, "Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub".

Xankəndi necə Stepanakert oldu

Xankəndi (ermənilər bu şəhərə "Stepanakert" deyirlər) uzun müddət Ermənistan və Azərbaycan arasında gərginliyə səbəb olan Qarabağın mərkəzi olub. Azərbaycanı 1920-ci ildə Rusiya yenidən işğal etdikdən 3 il sonra, onun ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılıb. Həmin vaxt bölgənin mərkəzi Şuşa olsa da Xankəndinə Stepanakert (Stepan Şaumyanın adından götürülüb. Azərbaycan tarixində ona birmənalı münasibət olmayıb. SSRİ dönəmində Şaumyan Bakı inqilabçılarının lideri kimi anılıb, amma müstəqil Azərbaycan tarixçiləri onu Bakıda 1918-ci ildə baş verən mart qırğınlarının əsas təşkilatçılarından sayır) adı verilərək DQMV mərkəzi elan edilib. Amma Azərbaycan 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra DQMV ləğv edilib və Xankəndi adı bərpa edilib.

Ötən əsrin 80-ci illərində Qarabağ münaqişəsi yenidən alovlanıb, Azərbaycan həm həmin bölgəyə, həm də ətraf 7 rayona nəzarəti itirib.

Amma Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. 2023-cü ildə birgünlük əməliyyatla isə Qarabağ üzərində suverenlik tam bərpa olunub. Bundan sonra Qarabağdan ermənilərin köçü başlayıb. Yerevan bunu "etnik təmizləmə" adlandırsa da, Bakı iddiaları rədd edib.

Rəsmi Bakı ermənilərin Qarabağdan zorla köçürülmədiyini, onlara reinteqrasiya planı təklif olunduğunu bildirir.

Rusiya sülhməramlıları Qarabağa 2020-ci il atəşkəs bəyanatından sonra yerləşdiriliblər. 2023-cü il əməliyyatından sonra onlar bölgədən tədricən çıxarılıblar.

Azərbaycan və Rusiya son illər strateji müttəfiq sayılıblar. Lakin təqribən 1 ay öncə iki ölkə arasında münasibətlərin pisləşdiyi ilə bağlı açıqlamalara rast gəlmək olur. İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər.

Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.

Son günlər iki ölkə arasında münasibətlərin nisbətən noramallaşdığı bildirilirdi.

XS
SM
MD
LG